Bakıda evdən qadının skeleti tapıldı: 2 il əvvəl ölüb - VİDEO

Bakıda mənzildən qadın skeleti tapılıb. Hüquq mühafizə orqanları araşdırma apararkən müəyyən ediblər ki, 68 yaşlı qadın iki il əvvəl ölüb. İndi istintaq tək yaşayan qadının hansısa cinayətə qurban gedib-getmədiyini və yaxud da xəstəlik səbəbindən ölməsi faktını araşdırır.
2 il əvvəl ölmüş qadının çürümüş meyiti yaşadığı evdən aşkar edilib.
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Fevralın 23-də Əcəmi Naxçıvani küçəsi 35 ünvanında yaşayanlar ərazi üzrə ''102'' saylı Mənzil- Kommunal İstismar Sahəsinə məlumat veriblər ki, bir neçə ildir ortalıqda görünməyən Umuyət Abdurəhimovanın mənzilinin qapısı açılıb.
Dərhal ərazi üzrə 5-ci polis bölməsinin əməkdaşları ilə birlikdə evə baxış keçirilib. Onlar mənzilə daxil olarkən mətbəxə keçid hissəsində qadının çürümüş, daha doğrusu skeletləşmiş meyitini aşkar ediblər.
Bundan sonra, hadisə yerinə Binəqədi rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib araşdırmalara başlayıblar. Hadisə yerində meyit müayinə edilərkən ilkin ethimal kimi onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Meyitin müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.
Qonşular bildiriblər ki, Umuyət Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər.
İstintaq qonşuların ifadəsi əsasında belə qənaətə gəlib ki, Umuyət Abdurəhimova iki il əvvəl ölüb.
Qeyd edək ki, Umuyət Abdurəhimova Dağıstanda anadan olsa da, Bakıda yaşayıb. Onun burda qohumu olmayıb. Faktla bağlı Binəqədi rayon prokuroluğunda araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












