Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Azərbaycanda “28 May” metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.
İqtisadçı Natiq Cəfərli bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır.
Onun sözlərinə görə, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.
N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.
İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir. Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.
N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: “Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”/bakupost
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












