Bakıda güclü külək avtobus dayanacağını uçurdu – FOTO

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir. Əvvəlcədən görülən tədbirlər nəticəsində müntəzəm sərnişindaşıma və yol hərəkətinin təşkili işində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektində avtobus dayanacaq pavilyonu uçub. Pavilyon yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb. Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.
Müntəzəm marşrut xətləri üzrə avtobuslar müəyyən olunan qrafikə uyğun hərəkət edir, avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir.
Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır. Bu məqsədlə, Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Svetoforların fəaliyyətində problem qeydə alınmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.
Müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.
Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Emin
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB












