Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner, Komsomol…

Paytaxt Bakıda sovet dövründə verilmiş küçə adlarının çoxu hələ də qalmaqdadır. Bu mənada rəsmi saytlara nəzər saldıqda gülməli və miskin mənzərənin şahidi olursan.Hətta elə küçə adları var ki, sakinləri də bunun mənasını anlaya bilmirlər. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, məsələn, Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”, “Xutor” kimi küçə adları var.
Yasamal rayonu ərazisindəki “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti də sovet dövründə verilən adlarını hələ də saxlayır.
Bundan başqa, Xəzər rayonunda da sovetdənqalma küçə adları rəsmi sənədlərdə belə saxlanılıb. Rayon ərazisindəki “Kolxoz”, “Əncirli”, “Pioner”, “Zulkayday Zulkaydayev”, “Maligin”, “Lev Starşik”, “Kooperativ”, “Komsomol”, “Qədəmgah”, “2-ci Beynəlmiləl”, “Zavod”, “V.Seryogin”, “UPD” kimi küçə adları var. Bu siyahıya Qala qəsəbəsinin “Voxr”, “Sovxoz” küçələrini də əlavə edə bilərik.
Göründüyü kimi siyahı kifayət qədər uzundur. Qeyd etdiklərimiz isə tam siyahı deyil.
Bəs, bu kimi məsələlərlə məşğul olan Milli Məclis yanında Toponimiya Komissiyası hara baxır? Məsələ ilə bağlı deputat Məlahət İbrahimqızının fikirlərini öyrəndik.
Müsahibimiz bu cür küçə adlarının dəyişdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
O, qeyd edib ki, əgər göstərilən faktlar doğrudursa, təcili işlər görülməlidir: “Azərbaycan artıq müstəqildir və küçələrimizə verə biləcəyimiz kifayət qədər milli adlarımız var.
Məsələn, ən məşhur olan nümunə İnşaatçılar prospektidir. Prospektin bu adda qalması nəyə lazımdır? Sovet dövründə “İnşaatçı”, “Fəhlə” prospektləri var idi. Amma bu gün həmin adların qalması heç nəyi ifadə etmir.
Qardaş Türkiyədə “Qazilər”, “Şəhidlər”, “Milli Qəhrəmanlar” küçələri var. Bu, gözəl təşəbbüsdür və Azərbaycanda da reallaşdırmaq olar. Elə o köhnə sovet adlarını daşıyan küçələri dəyişib, bu şəkildə adlandıra bilərik. Yaxud Azərbaycanın işğal altında olan rayonlarının adlarını kafelərdə, restoranlarda, barlarda görürük. Şuşa adı niyə restorana verilsin, küçəyə yox? İşğal altında olan torpaqlarımız bizim ağrıyan ürəyimiz, qanayan yaramızdır. Uğrunda qan tökdüyümüz rayonların adları hörmətli məkanlara verilməlidir. Küçələrin adları milliləşdirilməlidir. Məsələn, küçələrdən birinin adı niyə də “Aprel zəfəri” olmasın?”.
M.İbrahimqızı əlavə edib ki, onsuz da Qarabağı, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Ancaq yetişən yeni nəsili hər addımda ruhlandırmaq vacibdir:
“O torpaqları görməyən, yalnız fotolardan, böyüklərinin yaddaşından tanıyan gənclər var. Bakıda bu gənclər işğal olunmuş rayonların adlarını kafe və restoranlarda deyil, küçə adlarında tanımalıdır. Rəsmi olaraq, sənədlərdə küçələrin adları dəyişdirilsə, sakinlər də belə adlandırmağa öyrəşəcəklər”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










