Bakıda hansı yollarda məhdudiyyət olacaq? - Əyani şəkildə görün - VİDEO

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdiriləcək. Avtosfer.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə bu barədə videoçarx hazırlayıb. Videoda hansı küçələrdə istiqamətin dəyişəcəyi əyani şəkildə göstərilir. Həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.Müraciətdə qeyd olunur ki, ölkəmiz son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Qeyd olunan tədbirlər vətəndaşların və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.
Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcək. Bununla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə mayın 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur”.
Orxan Əli
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










