Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO

Paytaxtın ictimai yerlərində hər gün minlərlə insanın yolu bir nöqtədə kəsişir. Bəzən isə bu izdihamın içində baş verən sadə bir davranış böyük mənəvi mesaj verir. Belə hadisələrdən biri "Elmlər Akademiyası" metrostansiyası ərazisində yaşanıb.
Avtosfer.az xəbər verir ki, yazıçı Azər Qismət sosial şəbəkə hesabında paylaşdığı fikirlərində cəmiyyətdə problemlərin yalnız sevgi və diqqətlə həll oluna biləcəyini vurğulayıb. O, şahidi olduğu mənzərənin ona dərin təsir etdiyini qeyd edib.
Müəllif paylaşımında qeyd edir ki, “Metronun “Elmlər Akademiyası” stansiyasında bir qoca gələn-gedəndən DOST mərkəzinin harada yerləşdiyini soruşurdu. Deyirdi ki, bir dəfə orada olmuşam, amma unutmuşam, deyəsən bağın o başındadır. Gələn-gedən ya yanından etinasız ötüb keçir, ya da baxıb heç nə demirdi. Deyəsən, qocanın gözü yaxşı görmürdü. Gənc polis bu mənzərəni görüb qocaya yaxınlaşdı. Dedi ki, “dayı, girin qoluma, aparım göstərim”. Mənzərə o qədər xoş təsir etdi ki, arxadan gələ-gələ çəkdim. Həmin polis əməkdaşı çəkiliş apardığımı görsəydi, icazə verməzdi. Bu cəmiyyətdə bütün problemləri yalnız sevgi ilə həll etmək mümkündür”.
Biz bir daha gördük ki, Azərbaycan polisinin vətəndaşlara münasibətdə nümayiş etdirdiyi qayğıkeş və humanist yanaşmanın bariz nümunəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları təkcə ictimai asayişi qorumaqla kifayətlənmir, eyni zamanda ehtiyacı olan insanlara gündəlik həyatda da dəstək göstərirlər. Bu kimi davranışlar cəmiyyətdə polis-vətəndaş münasibətlərinin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına xidmət edir.
Eltac Zülfüqaroğlu
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












