Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini N.Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat istədiyini verməyəcəyi təqdirdə, onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini qeyd edib.
Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs əvvəllər Rusiyada məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd bıçaq aşkar edilərək götürülüb. S.Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə cinayət işi başlanılıb.
S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Namiq
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…













