Bakıda iki ay əvvəl çökmüş yolda bu dəfə betonlanma işləri aparılır - VİDEO

Təxminən 2 ay əvvəl çökən yolun torpaq qatının dərinliyində betonlanma işləri görüləcək. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu Nobel prospektindən gedir. Yolun üzü şəhər istiqamətinə gedən hissəsində 2 ay əvvəl çökmə baş vermişdi. Ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin və "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşlarının bir neçə dəfə təmir-bərpa işləri aparmalarına baxmayaraq, problem tam həll olunmamışdı. Səbəb isə yolun çökən hissəsində, təxminən 25-30 metr dərinlikdə qrunt sularının axması göstərilirdi. Qısa müddətə yol istifadəyə açılsa da, bu günlərdə yenidən təmirə bağlanıb. Əraziyə beton hazırlayıcı çənlər gətirilib.
Ərazidə təmir işləri aparacaq şirkətin əməkaşları bildirdilər ki, həmin çənlər burada quraşdırılacaq və beton hazırlanaraq suvaq şəklində çökən torpaq qatının dərinliyinə vurulacaq. İşlərə nə vaxtdan başlanacağı gün isə hələ ki, məlum deyil.
Problemin bu vaxta qədər aradan qaldırılmamasından isə sürücülər əziyyət çəkirlər. Onların sözlərinə görə, çökən hissənin hasara alınması bu yolda tıxaca səbəb olur.
Qeyd edək ki, prospektdə 2014-cü ildə buna oxşar hadisə baş vermişdi. "Azərneftyağ" Neft Emalı Zavodunun qarşısında yolun alt hissəsindən keçən, eni 1600 mm-lik kanalizasiya kollektorunun sıradan çıxması nəticəsində yolun yatağı və torpaq qatı yuyulmuş, asfalt beton-örtüyü tamamilə sıradan çıxmışdı.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










