Bakıda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönərxanalarda aparılan monitorinqlər zamanı götürülmüş məhsul nümunələrində mikrobioloji çirklənmə aşkarlanıb. Bununla əlaqədar Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektlərində bir sıra nöqsanlar aşkar edilib.
İaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmin obyektlərdə məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı, soyuducuda mal qonşuluğu qaydalarının gölənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi, yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu, işçi heyətin sağlamlıq arayışlarının mövcud olmadığı və müvafiq geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, ağzıaçıq tullantı qablarından istifadə olunduğu və s. nöqsanlar olduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.








İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












