Bakıda iş yoldaşını öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.
Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.
Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər.
Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.
Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










