Bakıda kafedə kütləvi dava - FOTO

Bu gecə paytaxtın Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, "İstixana kombinatı" adlanan ərazidə bıçaqlanma hadisəsi olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə həmin ərazidə yerləşən "Cənub" kafesində baş verib. Şahidlərin dediyinə görə, əvvəl kütləvi dava olub. Mübahisə zamanı 1988-ci il təvəllüdlü Məmmədov Mübariz Novruz oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı M.Məmmədovun anasının dediyinə görə, oğlu kafedə olduğu zaman tanımadığı şəxs tərəfindən təhqir olunub. M.Məmmədov dəfələrlə həmin şəxsə etirazını bildirib. Mübahisə böyüyüb və tanımadığı şəxs qəflətən arxadan Mübariz Məmmədovun baş nahiyəsinə zərbələr endirib, daha sonra bıçaqlayıb. M.Məmmədov əvvəl bıçaqlandığı kafeyə yaxın olan ev 38, mənzil 7-də yerləşən evinə gətirilib. Vəziyyəti ağır olduğundan yaralı, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıb. M.Məmmədova sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Təcili əməliyyata alınıb. Hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










