Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı

Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib. Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə mobil telefonun oğurlanması ilə bağlı müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb. T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.
Mərkəzin baş həkimi Şöhrət Məmmədovun oxu.az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır: “Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir: “Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…










