Bakıda küçədən qız uşağı tapılıb: Onu dilənməyə məcbur ediblər - VİDEO

Bakıda polis əməkdaşları küçədən təxminən 6 yaşlı qız uşağını tapıblar. Araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən diləndirildiyi məlum olub. Hadisə ötən gün axşam saatlarında baş verib. Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları "3-cü mikrorayon" dairəsi ətrafında təxminən 6 yaşlarında olan qız uşağını kimsəsiz şəkildə aşkar ediblər. Bundan sonra isə polis əməkdaşları həmin uşağı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətiriblər. Mərkəzin koordinatoru Vasif Akiflinin sözlərinə görə, uşaq mərkəzə gətirilən zaman sağlamlığında problem olmayıb. Amma araşdırma zamanı uşağın dilənməyə məcbur edildiyi məlum olub. Vasif Akifli bildirdi ki, uşağı diləndirməyə məcbur edən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması üçün Daxili İşlər Nazirlyinə müraciət olunacaq. Uşağı tanıyanlardan Azərbaycan Uşaqlar Birliyinin 055 466 08 06 nömrəli qaynar xəttinə zəng vurmaları xahiş olunur.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












