Bakıda mağazalardan oğurluq edən şəxs tutulub

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.
Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti törətdiyini etiraf edib.
Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.
Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












