Bakıda narkotacir saxlanılıb - FOTO

Nərimanov Rayon Polis İdarəsi 18-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində şöbə əməkdaşlarınını həyata keçirdikləri növbəti əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat nəricəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1 kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











