Bakıda narkotik alveri ilə məşğul olan “Dayı” və bacıoğlu saxlanıldı - FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq B.Novruzovun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 155 qram heroin, satış üçün hazır qablaşdırılan 29 kiloqram 630 qram marixuana, 2 kiloqram 550 qram çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin yarımtikilidə kultivasiya yolu ilə xüsusi qablarda yetişdirilən 4031 ədəd çətənə kolu, habelə idarə etdiyi “Hyundai” markalı avtomobildən 535 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qohumu Kamilin vasitəçiliyi ilə əkdiyini və qurudandan sonra onun köməkliyi ilə satışını təşkil etdiyini bildirib.
İdarə əməkdaşları tərəfindən həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamil Novruzov da saxlanılıb. Onun idarə etdiyi “Mersedes G Klass” markalı avtomobilə baxış zamanı 515 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmarla K.Novruzovun qohumuna əkmək üçün narkotik tərkibli çətənə toxumları verdiyi müəyyən edilib. İstintaq zamanı K.Novruzovun paytaxt və eləcə də respublikanın bigər bölgələrində “Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirdiyi məlum olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Emin
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!















