Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO

Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yeni hava limanının tikintisi davam edir. Bu hava limanı digər limanlarından fərqlənəcək. Belə ki, burada əsasən yükdaşımalar həyata keçiriləcək. Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha operativ və çevik şəkildə təyinat məntəqələrinə çatdırılmasında mühüm rol oynayacaq. Hava limanı yüksək dəyərli və sürətli göndərilmə tələb edən yüklərin qısa müddətdə ünvanına çatdırılmasını təmin edəcək. Bununla yanaşı, o Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək. Yeni hava limanı Azərbaycanın regional logistika mərkəzi kimi rəqabət qabiliyyətini artıracaq, həmçinin investorlar üçün əlavə infrastruktur üstünlükləri yaradacaq. İlk yük hava limanının gələn il istismara verilməsi planlaşdırılır.
Avtosfer.az Azərbaycan Televiziyasına (AzTV) istinadən yeni hava limanının tikintisindən görüntülər təqdim edib:
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












