Bakıda “Niva” qaçırılıb

Bakıda avtomobil qaçırılıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












