Bakıda oğurluq və quldurluq törədən qadın və kişilərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə cinayətlər törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Məhkəmənin baxış iclası fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, şəhər sakini Adil Babayev Xəzər rayon Polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.
Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon Polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










