Bakıda oğurluqda təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nurlan Ağayev 4 il, Sərhat Əmirov 4 il 6 ay, Mirasəf Kərimli 3 il 6 ay, Novruz Salayev 11 il və Mədət Hüseynov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Kərimli ilə M.Hüseynlinin barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və hər iki şəxs məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, prokuror çıxışında N.Salayevin 11 il, S.Əmirovun 5 il, N.Ağayevin 5 il, M.Kərimlinin 4 il, M.Hüseynovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.
Müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüdeynov və M.Kərimli saxlanılıblar.
Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və "Maqnum" markalı tapança aşkar olunaraq götürülüb.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










