Bakıda ölümə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Vəsatət təmin edilib. A.Şixiyev məhkəmə zalında həbs edilib.
Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.
Belə ki, A.Şixiyevin idarə etdiyi “KİA” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü “Mercedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.
Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










