Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində iki qadını zəhərləyərək öldürməkdə təqsirləndirilən Aydın Qəhrəmanovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, A.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, A.Qəhrəmanov 2008-ci ildə qeyri-rəsmi nikahda yaşadığı Aidə və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Buna səbəb onun A.Yəhyayevanın bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra A.Qəhrəmanov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
Xatırladaq ki, A.Qəhrəmanov əvvəllər musiqi ifaçısı olub.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












