“Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib. Avtosfer.az Trend-ə istinadən məlumatına görə, bunu Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.
BNA rəhbərinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib: "Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar gedir".
Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib: "Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Bakının mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarında parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir. Təbii ki qiymətlərə baxılacaq. Çünki əvvəlki qurumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobilə 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir".
V.Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik".
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








