Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub məsuliyyətdən yayınan sürücü saxlanılıb.
DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










