Bakıda polis avtomobilləri qeyri-adi üsulla talayan qardaşları tutub

Bakıda avtomobilləri qeyri-adi üsulla talamaqda şübhəli bilinən qardaşlar tutulub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət axtarış şöbəsi və RPİ-nin 37-ci Polis şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Rzayev və qardaşı, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıblar.
Rzayevlər xüsusi cihaz vasitəsilə avtomobillərin pultlarının siqnallarını ələ keçirib, avtomobilləri qarət etdikdən sonra isə qapıları kilidləyərək ərazidən uzaqlaşıblar.
Məlum olub ki, qardaşlar Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarışda olub.
Şübhəli şəxslər ətrafında müvafiq polis idarələrində əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












