Bakıda polisə hücum oldu - Ülgüclə boynuna...

Bakıda əvvəllər məhkumluğu olan kişi polis əməkdaşına hücum edərək ona bədən xəsarətləri yetirib. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.
Lakin davada iştirak edənlərdən biri ülgüclə Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Xoşbəxtlikdən polisin yarası dərin olmayıb.
Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub.
Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










