Bakıda pula görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.
Bakı şəhər sakini K.Əsgərov münaqişə zəmnində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəyə səbəb pul üstündə mübahisə olub.
Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib.
Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.
K.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










