Bakıda qadın evində gizlədilən silah-sursatı polisə təhvil verib

Polis əməkdaşları Bakıda qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat və profilaktiki tədbirlər həyata keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.
Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürüb və aidiyyatı üzrə təhvil veriblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












