Bakıda qadına qarşı quldurluq edən qardaşlar tutuldu – FOTO

Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X.Əhmədovaya qarşı quldurluq edib. Naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəyə çevik reaksiya verilib. Binəqədi Rayon Polis İdarəsi İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Ruslan və Nurlan Həsənzadələr barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ müraciət edə bilərlər.
Fərid
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
















