Bakıda qarajların 1 kv-nin qiyməti artdı - 1400 manatı keçdi

Bu ilin iyun ayında Bakıda qarajların qiymətindəki artımın tempi zəifləyib və bazar daha sabit inkişaf mərhələsinə keçib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ötən ay qarajların 1 kvadratmetrinin median qiyməti 10,6 % artaraq 1 414 manata çatıb. Orta qiymət isə 1 530 manat təşkil edib. Təhlilə daxil edilən elanların sayı 125 olsa da, statistik təmizləmə nəticəsində bunun 12 %-i çıxarılıb və yekun hesablamalar 110 müşahidə əsasında aparılıb.
AQP qeyd edir ki, may ayında qeydə alınan kəskin qiymət artımından sonra iyunda bazar daha balanslı dinamika nümayiş etdirib. Median və orta qiymət göstəricilərinin bir-birinə yaxın olması bazarda struktur sabitliyinin formalaşdığını göstərir.
Hesabata görə, mərkəzi və premium zonalarda yerləşən qarajlar bazarda əsas qiymət formalaşdırıcı rolunu qoruyur. Xüsusilə Səbail, Nərimanov və Yasamal rayonlarında qiymətlər digər ərazilərlə müqayisədə daha yüksək olaraq qalır. Şəhərin kənar hissələrində isə qiymətlər aşağı səviyyədə olsa da, ümumi sabitlik müşahidə edilir.
AQP bildirir ki, qaraj bazarı həcminin kiçik və həssas olması səbəbindən iri və ya premium satış əməliyyatları qiymətlərə əhəmiyyətli təsir göstərə bilir. Bununla belə, iyun ayında bazarda müşahidə olunan balanslaşma qiymətlərin daha stabil səviyyədə formalaşmağa başladığını göstərir.
Palatanın qiymətləndirməsinə əsasən, yaxın aylarda qaraj bazarında kəskin qiymət dəyişiklikləri gözlənilmir. Bununla yanaşı, seqmentin həssas xarakteri nəzərə alınmaqla müəyyən dəyişkənlik riskinin qalacağı istisna edilmir.
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












