Bakıda qardaş bacılarını bıçaqladı: 1 ölü, 1 ağır yaralı - VİDEO

Xəzər rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, gecə saatlarında Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu sərxoş halda bacıları ilə mübahisə edib.
Mübahisə zamanı M.Əlimanov əvvəlcə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızına çoxsaylı bıçaq zərbəsi vurub. S.Əlimanova hadisə yerində ölüb.
Daha sonra o, digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Hadisə yerinə Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb edilib. M.Əlimanov saxlanılıb.
Məlumata görə, M.Əlimanov əvvəllər Cinayət məccəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.
Qeyd edək ki, Xəzər RPİ-nin əməkdaşları ONA-nın hadisə yerində olan əməkdaşlarının işinə mane olmağa çalışıb. Polislər jurnalistlərə müqavimət göstərib.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












