Bakıda qaynını evə görə öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı Mərkəz Quliyevi öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.
Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










