Bakıda qəza törədən dünya çempionu xəstəxanada ölüb - VİDEO

Bakıda yol qəzası törədərək ağır xəsarətlər alan MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov vəfat edib. Avtosfer.az xəbər verir ki, bunu "Report"a idmançının yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasından bildiriblər. Məlumata görə, F.Poladov bu gün xəstəxanada keçinib. Onun meyiti yaxınlarına təhvil verilib. F.Poladov ötən gün "Koroğlu" metrostansiyası yaxınlığında "Niva" avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun qarşı tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub. O, hadisə zamanı ağır xəsarət alıb. Yaralı sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb, eləcə də, 2014-cü ildə MMA üzrə dünya çempionu olub.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











