Bakıda qəza törədən dünya çempionunun cinayət işinə yenidən baxılacaq

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 3 qat dünya çempionun Urxan Orucovun barəsində olan hökmdən prokurorluq tərəfindən verilən apellyasiya şikayəti icraata verilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, prokurorluğun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası yaxın günlərdə təyin olunacaq.
Qeyd edək ki, ötən il yanvarın 25-də Bakıda piyada Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub və o, ölüb. İş üzrə həbs olunan U. Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməli idi. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.
Bakı Apelyasiya Məhkəməsi prokurorluğun apelyasiya protestini təmin etməyib. Bir müddət əvvəl Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırladaq ki, o, peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT










