Bakıda qızı öldürülən ana keçmiş kürəkənini bağışlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittihan aktını elan edib. Elan olunmiş ittiham üzrə M.Qocayev özünü qismən təqsirli bildiyini deyib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs söyləyib ki, onu əvvəlcə mərhum arvadı Ülviyyə Allahverdiyeva bıçaqla vurub: "Onun əlindən bıçağı alandan sonra Ülviyyəni vurdum".
Hakim xatırladıb ki, ekspertiza rəyində M.Qocayevin özü özünü bıçaqladığı qeyd edilib. Daha sonra M.Qocayevin anası İradə Əliyeva məhkəmədə şahid qismində dindirilib. O,hadisəni digər qızından eşitdiyini deyib. Hakim isə şahidə istintaqdakı ifadəsini xatırladıb. Məlum olub ki, İ.Əliyeva istintaqa verdiyi ifadəsində oğlunun əvvəlcə arvadını, sonra isə üzünü bıçaqladığını deyib. Bu xatırlatmadan sonra İ.Əliyeva müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirib. Daha sonra zərərçəkmişin hüquqi varisi və anası S.Allahverdiyeva ifadə verib. O, şikayətçi olmadığını deyib: "Qızımın övladını düşünürəm". Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.
Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.
Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










