Bakıda qorxulu şəbəkə: onların məqsədi budur - VİDEO

Ötən gün mətbuatda Yasamal rayonunda bir qadının hərəkətdə olan “Mersedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilə qəsdən özünü çırpmasını əks etdirən görüntülər yayılıb.
Axar.az xəbər verir ki, məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, insanlar bu yola qazanc əldə etmək məqsədi ilə əl atırlar:
“Təəssüf ki, bu cür əməllərə qazanc yeri kimi baxanlar var. Sırf bu işin peşəkarları da mövcuddur. Hesab edirəm ki, bu kimi hadisələr araşdırılmalıdır. Düzdür, burada cinayət tərkibi yoxdur, amma belə hallarda həmin şəxslərə xəbərdarlıq etmək lazımdır. Maşına zərər dəysəydi, həmin şəxsi başqasının əmlakına qəsdən zərər vurmağa görə məsuliyyətə cəlb etmək olardı”.
Ekspert onu da bildirib ki, paytaxtın küçə və prospektlərində qazanc əldə etmək üçün hərəkətdə olan maşının qarşısına atılaraq sürücülər üçün təhlükə yaradan şəbəkə fəaliyyət göstərir:
“Ümumiyyətlə, maşının qarşısına qəsdən özünə atmaqla məşğul olanların böyük bir şəbəkəsi var. Onları bu işə cəlb edənləri tapıb cəzalandırmaq lazımdır. Bununla məşğul olanlar əsasən qaraçılardır. Onlar köhnə, sınıq telefonları əllərində tuturlar, maşın gələndə özlərini maşına çırpırlar və sonradan sürücü ilə mübahisə edib, pul tələb edirlər. Bu işlə məşğul olanlar sürücülərdən bir dəfə pul almaqla əl çəkmirlər. Bəzən illərlə öz toruna saldığı sürücülərə evinə bazarlıq etdirməklə yanaşı, digər maddi tələblərini həyata keçirənlər var. Çox vaxt sürücülər illərlə bu dələduzların əlində qalırlar. Sürücülər polisdən yayınmaq üçün bütün deyilənlərə razı olurlar. Nəticə isə sürücünün zərərinə olur.
Bu, çox iyrənc həyat tərzidir. Belə halların aşkar olunması üçün sürücülər gərək polisə məlumat versin. Əllərində sübut olsa belə, sürücülər heç bir məsuliyyət daşımazlar. Hadisə yerindən yayınmaq olmaz, orada araşdırma aparılmalıdır və həmin şəxs tənbeh edilməlidir. Bəlkə, bu yolla böyük şəbəkənin izinə düşmək olar”.
Qeyd edək ki, Baku.ws saytı Yasamal rayonunda bir qadının hərəkətdə olan “Mersedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilə qəsdən çırpmasını əks etdirən video yayıb.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










