Bakıda qorxulu vəziyyət: ölənlər ola bilər – “Hazırda oturub gözləyirlər”

Hazırda Bakıda müşahidə olunan yağışlı havanın daha iki gün davam edəcəyi, nəticədə küçə və prospektlərdə subasma hallarının yaşanacağı bildirilir. Bu xəbərdarlıq ictimaiyyətdə növbəti təhlükə ilə bağlı xəbərdarlıqları artırıb.
Hazırda paytaxtın hansı ərazilərində risk var? Təhlükəsizliyi artırmaq üçün hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yağışlar çox ciddi fəsadlar verəcək:
“Çünki yollarda yağış sularının idarə edilməsi üçün doğru-düzgün sistem qurulmayıb. Buna görə də yağış suları asfalt səthində qalır, sonra maşınlar suyu sıçradıb səkilərə, ətrafa atırlar. Nəticə etibarilə su torpağa çökür və yollarımızın bir çoxunun alt hissəsinin bərkidilməsi yaxşı vəziyyətdə olmadığına görə çökmələr baş verir. Təəssüf ki, buna görə də getdiyimiz yolun nə vaxt çökəcəyini bəri başdan proqnozlaşdıra bilmirik. Hər an çökə bilər. Belə qeyri-müəyyən vəziyyətdəyik”.
Elməddin Muradlı yağış zamanı yollarda baş verən fəsadlara görə aidiyyəti qurumları günahlandırıb:
“Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Bakı şəhər və rayon İcra Hakimiyyətləri də bu dəqiqə önləyici tədbir görmürlər. Oturub gözləyirlər ki, hardasa yol çöksün, onlar da gedib problemi aradan qaldırmaq üçün dövlətdən bir az pul alsınlar ki, yol yenidən çəkilməlidir. Bunların başqa işi-gücü yoxdur!”
Nəqliyyat eksperti baş verə biləcək qəzalarla bağlı narahatlığını bildirib:
“Yollarımızın bir çoxunu analiz etsək, görərik ki, istismara yararsız vəziyyətdədir, ciddi təhlükələr var. İndi yağan yağışlar məni qorxudur, narahatam ki, haradasa mütləq fəsad verəcək. İstəməzdim, amma bu, qaçılmazdır! Çünki yağış sularının idarə olunması üçün yollarda heç bir normal sistem yoxdur. Şəhərin mərkəzi küçələrinə baxıram, yağış yağdıqdan sonra su yolun ortasında qalır, maşınlar da o suyu hər tərəfə sıçradır. Su axmağa yer tapmır! Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Burada yol təsərrüfatı ilə yanaşı, insan həyatından söhbət gedir. Yol təsərrüfatı düzgün qurulmayanda insanlar həyatını itirir. Bunu belə qəbul etmək lazımdır”./global.info
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











