Bakıda quldur dəstəsi evə silahlı basqın etdi

Bakıda mənzilə basqın olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Bir qrup cinayətkar dəstə idman papaqları ilə maskalanaraq səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində qəsəbə sakini Sudabə Salayevanın evinə silahlı basqın edib. Maskalı şəxslər evdə S.Salayevanın saçından tutaraq özləri ilə silah qismində gətirdikləri ucu iti əşyanı onun boğazına dirəyib, qızıl və pul tələb ediblər. Naməlum şəxslər ondan 5100 dolları alaraq ev sahibəsinə zor tətbiq edərək hadisə yerindən qaçıblar. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyənm edilərək saxlanılması istiqamətində tədbirlər görülür.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












