Bakıda quldurluq edən şəxslər tutulub - FOTO

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən açılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 26-da polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, iki nəfər metronun "Qara Qarayev" stansiyasının yaxınlığında tanımadığı onu döyərək, “LG” markalı mobil telefonunu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq əməllərini etiraf ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Quldurluq törətməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"














