Bakıda sabiq hakim məhkəmə zalında həbs edilib

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.
İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı xeyli miqdarda dələduzluq edib.
O, A.Bağırovun etibarından sui-istifadə edərək ondan 20 min manat pul alıb.
Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, Vəkillər Kollegiyasının üzvüdür.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










