Bakıda sahibkar yol kənarını zəbt etdi - Gediş-gəliş çətinləşdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 2 ünvanında, "Kral" şadlıq sarayının yaxınlığında yolun hər iki tərəfinə boruların yığılması və parklanma yerlərinin zəbt olunması ilə bağlı müraciət daxil olub.
Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, parklanma yerlərinin zəbt edilməsi səbəbindən avtomobillərini qadağan olunmuş ərazilərdə saxlamağa məcbur qalırlar. Bu isə onların cərimələnməsinə gətirib çıxarır.
Bundan əlavə, ərazidə dörd ədəd tərk edilmiş, qəzaya uğramış avtomobilin olduğu bildirilir. Həmin nəqliyyat vasitələrinin uzun müddət yol kənarında saxlanılması parklanma imkanlarını məhdudlaşdırmaqla yanaşı, gediş-gəlişi də çətinləşdirir.
"Burada avtomobil saxlamaq mümkün deyil. Qəzalı vəziyyətdə olan maşınların sayı isə günü-gündən artır. Burada işləyən əməkdaşlar maşınlarını saxlaya bilmədikləri üçün kənarda parklama edirlər və nəticədə cərimə olunurlar", - deyə sakinlərdən biri bildirib.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ərazidəki boruların İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə, tərk edilmiş avtomobillərin isə Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olduğu bildirilib. Lakin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən boruların onlara aid olmadığı açıqlanıb.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, boruların ərazidən götürülməsi ilə bağlı sahibkara xəbərdarlıq edilib. Sahibkar təmir-tikinti materiallarının yığışdırılması ilə bağlı öhdəlik götürüb.
Ərazidəki tərk edilmiş qəzalı avtomobillərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli qeyd edib ki, yol hərəkətini pozan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onun sözlərinə görə, sıxlığa səbəb olan və hərəkəti çətinləşdirən nəqliyyat vasitələri artıq ərazidən evakuasiya edilib.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











