Bakıda saxta "polis"lərin şikayətləri əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevinbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.
Qeyd edək ki, 2016-cı ilin avqust ayında Sabunçu rayon Polis idarəsinin əməkdaşları bir qrup yalançı "polis"i saxlayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsini ittihamdan çıxarıb. Digər iki maddə - 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddə ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










