Bakıda silahlı şəxs saxlanılıb – FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə uğurlu əməliyyat həyata keçirilib. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3 (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1 (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb. İdarə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı A.Hüseynov barəsində cinayət işi açılıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı















