Bakıda sıxlıq artır: Universitetlər distant təhsilə keçə bilərmi?

Bakı şəhərində son illər daha da kəskinləşən nəqliyyat sıxlığının və tıxacların aradan qaldırılması məqsədilə ali təhsil müəssisələrində tədrisin qismən distant (onlayn) formaya keçirilməsi təklifi yenidən ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə praktiki laboratoriya və auditoriya işi tələb etməyən humanitar fənlərin onlayn formata adaptasiya olunmasının paytaxtın yollarına düşən yükü əhəmiyyətli dərəcədə azalda biləcəyi vurğulanır. Eyni zamanda, Bakı Metropolitenində həyata keçirilən irimiqyaslı təmir və tikinti işləri səbəbindən keçid stansiyaları arasındakı sərnişin axınının idarə edilməsinin çətinləşməsi, tələbələrin hərəkət intensivliyinin optimallaşdırılmasını və bu istiqamətdə təxirəsalınmaz çevik addımların atılmasını zəruri edir.
Bəs bəzi fənlərin tədrisinin distant formada keçirilməsi mümkündürmü?
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə təşəbbüslər zaman-zaman səsləndirilsə də, bununla bağlı qərar dövlət qurumları səviyyəsində müzakirələrdən sonra qəbul edilə bilər.
Ekspert qeyd edib ki, pandemiya dövründə Azərbaycanda bütün təhsil müəssisələrinin onlayn sistemə keçməsi bu sahədə müəyyən təcrübənin formalaşdığını göstərib:
“Pandemiya dövründə Nazirlər Kabineti səviyyəsində ölkə üzrə məhdudiyyətlər qoyuldu. Həm ümumtəhsil məktəbləri, həm ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri onlayn sistemə keçdilər. Bu təcrübə göstərdi ki, Azərbaycan hətta ekstremal vəziyyətdə belə bu işin öhdəsindən, demək olar ki, gələ bildi”.
M.Məmmədlinin sözlərinə görə, ali təhsil müəssisələrində bəzi fənlərin distant keçirilməsi ilə bağlı təşəbbüs Milli Məclisdə “Təhsil haqqında” qanunun müzakirəsi zamanı da səsləndirilib:
“Bu məsələ ilə bağlı yekun qərar hələ yoxdur. Lakin humanitar fənlərin distant keçirilməsi ilə bağlı müəyyən təşəbbüslərlə çıxış edən universitetlər artıq var. Geriyə qalan bunun rəsmiləşməsi və həyata keçirilməsi üçün müəyyən resursların formalaşdırılmasıdır”.
O vurğulayıb ki, belə bir sistemin tətbiqi üçün ali təhsil müəssisələrinin müəllimləri hazırlıqlı olmalı, texniki imkanlar isə distant dərslərin keçirilməsinə şərait yaratmalıdır. Ekspertin fikrincə, aidiyyəti qurumların müvafiq qərarından sonra bu istiqamətdə addımlar atmaq mümkündür:
“Bu gün şəhərdəki sıxlığın qarşısını almaq üçün ən uyğun variantlardan biri ali təhsil müəssisələrində humanitar fənlərin məsafədən, distant keçirilməsi ola bilər. Qarşıdan gələn tədbirlər, o cümlədən sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulan “Formula 1” yarışı da nəzərə alınmalıdır. Şəhər sıxlığının artacağı ərazilərdə distant təhsilin tətbiqinə ehtiyac yarana bilər”./sfera.az
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












