Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO

Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu dəyişiklik "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən həyata keçiriləcək. Baş plana uyğun olaraq, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəf paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılmasıdır. Hazırda məhdud olan piyada zonaları daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz marşrutlar formalaşacaq. Nəqliyyat məsələləri üzrə ekspertlərin fikrincə, sürət həddinin endirilməsi paytaxtda yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməyə və piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. Bütün bu dəyişikliklər Bakının mərkəzində hərəkətin daha rahat və fasiləsiz olmasını təmin edəcək.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












