Bakıda sürücü sərnişinləri TƏHLÜKƏYƏ ATDI - VİDEO

Dəfələrlə avtobus sürücülərinin qayda pozuntuları haqqında süjetlər vermişik. Avtosfer.az xəbər verir ki, daha bir görüntü Xəzər Xəbər-in votsap nömrəsinə göndərilib. 198 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini qapısı açıq şəkildə idarə edir və qapıdan bir neçə sərnişin sallanaraq yollarına davam edirlər. Marşrut avtobusu sürücülərinin və daşıyıcı şirkətlərin məsuliyyətsizlikləri davam edir. göndərilən kadrlar bunu bir daha sübut edir. Metronun "Koroğlu" stansiyasından Zabrat qəsəbəsinə hərəkət edən 198 saylı avtobusun sürücüsü qaydaları kobud şəkildə pozur. Sərnişin sıxlığından qapılar bağlanmayıb. Bir neçə sərnişin qapıdan sallanıb və avtobus bu vəziyyətdə hərəkət edir. Adi bir diqqətsizlik ağır qəzaya səbəb ola bilər. Məsələ ilə bağlı 198 saylı xəttin nəzarətçisi Seyfulla Hüseynov bildirib ki, hadisənin nə zaman baş verdiyi məlum olduqdan sonra sürücünün kimliyi üzə çıxacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib ki, belə hal yolverilməzdir. O, məsələnin araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini bildirdi.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












