Bakıda tanışlarını şantaj edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçaldıblar və daha sonra ondan pul tələb ediblər. Məlum olub ki, Z.Hüseynov, R.Sultanov, H.Həsənov və D.Abdullayev zərərçəkmişi soyundurduqdan sonra telefonla onun görüntülərini çəkərək özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənov 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO










