Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi – VİDEO

Bu gün saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığında xoşagəlməz hadisə baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, görüntüləri “Facebook” sosial şəbəkəsində Kamran Mahmudov adlı istifadəçi paylaşıb. Hadisə şahidləri bildiriblər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. “Mən orada olduğum müddətdə iki təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikaya məxsus, digəri isə dövlətə. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, sürücü saxlamadı. Yol polisi məsələyə qarışdıqdan 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya apardılar”, - deyə K.Mahmudov yazıb.
Yolda səhhəti pisləşən vətəndaş 1948-ci il təvəllüdlü Verdiyev Seyfulla Əli oğludur. O, yolu keçmək istəyərkən qəfildən halı pisləşib və yerə yıxılıb.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










