Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI

Böyük Britaniyada dəmir yolu, tramvay və metro stansiyalarına piyada məsafəsində yerləşən ərazilərdə yeni yaşayış layihələrinin həyata keçirilməsinə üstünlük verilir. Bu yanaşmada məqsəd təkcə mənzil fondunu artırmaq deyil, həm də şəhərsalma ilə nəqliyyat siyasətini bir-biri ilə əlaqələndirməkdir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Britaniyanın bu yanaşmasının Bakı üçün də aktual olduğunu bildirib.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatın olduğu ərazilərdə yeni mənzil və biznes layihələrinin cəmləşdirilməsi avtomobildən asılılığın azalmasına və mövcud nəqliyyat infrastrukturundan daha səmərəli istifadəyə imkan verə bilər.
Rauf Ağamirzəyev qeyd edib ki, tikinti sıxlığı da ərazidəki nəqliyyat imkanlarına uyğun müəyyənləşdirilməlidir. Stansiyaya yaxınlıqla yanaşı, ictimai nəqliyyatın hərəkət intervalı və sərnişin tutumu da nəzərə alınmalıdır.
“Bakıda metro və dəmir yolu stansiyalarının ətrafında böyük inkişaf potensialı var. Yeni yaşayış və biznes layihələri stansiyalardan uzaqda deyil, məhz onların ətrafında formalaşdırılarsa, gələcək nəqliyyat tələbatını daha düzgün idarə etmək mümkün olar”, – deyə ekspert bildirib.
TOD – nəqliyyat yönümlü şəhərsalma prinsiplərindən istifadə etmək məqsədəuyğundur. Bu zaman metro, dəmir yolu və avtobus xətləri ilə yanaşı, piyada və velosiped infrastrukturu, yaşayış və iş yerləri, ictimai məkanlar və digər sosial obyektlər vahid plan çərçivəsində nəzərdə tutulmalıdır.
Ekspert vurğulayıb ki, əsas məsələ tikinti icazələrinin sadəcə sürətləndirilməsi deyil, düzgün yerdə tikintiyə üstünlük verilməsidir.
“Stansiyanın yanında çoxmərtəbəli bina tikib, lakin piyada keçidi, avtobus bağlantısı, məktəb, parklanma və sosial infrastrukturu yaratmamaq şəhərsalma problemini həll etmir. Əvvəlcə nəqliyyat infrastrukturu formalaşmalı, sonra onun ətrafında şəhərin sıxlığı və funksiyaları planlaşdırılmalıdır”, – Rauf Ağamirzəyev qeyd edib.
Ekspertin fikrincə, bu yanaşma Bakının yeni inkişaf mərhələsində xüsusilə metro, dəmir yolu və planlaşdırılan nəqliyyat qovşaqları ətrafında tətbiq oluna bilər. Beləliklə, şəhərsalma qərarlarında əsas sual yalnız “mənzil harada tikilsin?” deyil, həm də “insanlar buradan necə hərəkət edəcək?” olmalıdır.
Eltac Zülfüqaroğlu
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












