Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF

Bakıda nəqliyyat sıxlığının şəhər iqtisadiyyatına vurduğu zərərin konkret rəqəmlərlə hesablanması mümkündür. Tıxac yalnız yolda itirilən vaxt deyil, eyni zamanda iqtisadi itki kimi də qiymətləndirilə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bununla bağlı Kiyev şəhərində tətbiq olunan yanaşmanı nümunə göstərib.

Ekspert bildirib ki, Kiyevdə nəqliyyat gecikmələri yalnız faizlə ölçülmür. Məsələn, 14–20 sentyabr həftəsində şəhərdə orta gündəlik gecikmə 36,8 faiz təşkil edib və bu gecikmələrin yaratdığı vaxt itkisi iqtisadi dəyərə çevrilib. Sözügedən yanaşmanı nəqliyyat eksperti Dmitri Bespalov hazırlayıb.
Tıxacın iqtisadi dəyərini hesablamaq üçün sadə yanaşmadan istifadə etmək mümkündür:
İtirilən saatlar × 1 saatın iqtisadi dəyəri = nəqliyyat itkisinin pul ifadəsi.
Ekspert qeyd edib ki, bir saatın iqtisadi dəyərinin müəyyənləşdirilməsi üçün orta əməkhaqqı, adambaşına düşən ÜDM və ya insanların vaxt üçün ödəməyə hazır olduğu məbləğ kimi göstəricilərdən istifadə edilə bilər. Daha dəqiq hesablamalar aparmaq üçün isə sərnişin və sürücülərin səfər məqsədi, gəlir səviyyəsi, istifadə olunan nəqliyyat vasitəsi və səfərin həyata keçirildiyi vaxt kimi amillər də nəzərə alınmalıdır.
Oxşar göstəricinin Bakı üçün də hazırlanması şəhər nəqliyyatının real vəziyyətini daha aydın qiymətləndirməyə imkan verə bilər.
“Bu gün hamımız “Bakıda tıxac çoxdur” deyirik. Amma əsas suallardan biri budur: Bakı sakinləri il ərzində neçə saatını tıxacda itirir və bu vaxt itkisinin iqtisadi dəyəri nə qədərdir?” – deyə Rauf Ağamirzəyev vurğulayıb.
Onun fikrincə, bunun üçün ilk növbədə açıq və davamlı məlumat bazası formalaşdırılmalıdır. Buraya marşrutlar üzrə səyahət vaxtı, pik saatlarda yaranan gecikmələr, nəqliyyat vasitələrinin sayı və mümkün qədər ictimai nəqliyyatın gecikmələri barədə məlumatlar daxil edilməlidir.
Rauf Ağamirzəyev bildirib ki, belə məlumatlar yol və nəqliyyat layihələrinin effektivliyinin qiymətləndirilməsində də mühüm rol oynaya bilər. Belə ki, layihələr yalnız tikilən yolun və ya infrastrukturun kilometrlə ölçülən həcminə görə deyil, həm də şəhərdə nə qədər vaxt itkisinin və iqtisadi zərərin azaldılmasına görə qiymətləndirilə bilər.
Əsas məqsəd tıxacın yalnız mövcudluğunu ölçmək deyil, onun şəhər sakinlərinə və ümumilikdə şəhər iqtisadiyyatına başa gələn qiymətini müəyyənləşdirməkdir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












